Münhenqladbaxın “Borussiya” klubu “Çelsi”nin futbolçusu Andreas Kristenseni heyətinə qatıb.
İdmanxeber.com-un məlumatına görə, Almaniya təmsilçisi danimarkalı müdafiəçi ilə 2 illik müqavilə imzalayıb.
Klubun rəsmi saytının yaydığı xəbərdə bildirilir ki, futbolçu icarə əsasında “Borussiya”da çıxış edəcək.
Qeyd edək ki, Kristensenin cəmi 19 yaşı var.