Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində ölkəmizi təmsil edən “İnter” və “Qəbələ” komandaları ilk görüşlərini səfərdə keçirəcəklər.
İdmanxeber.com-un məlumatına görə, artıq komandalarımızın səfərə yollanacağı tarix də bəllidi.
Beləliklə, Serbiyada “Çukariçki”nin qonağı olacaq “Qəbələ” səfərə iyulun 15-də yollanacaq. Elə həmin gün “qırmızı-qaralar” oyun öncəsi son məşqinə çıxacaqlar.
“Hafnarfyordur”la qarşılaşacaq “İnter” isə İslandiyaya 2 gün öncədən yollanacaq. “Bankirlər” Skandinaviya ölkəsindəki hava şəraitini nəzərə alıb erkən səfər etmək niyyətindədi.
Qeyd edək ki, “Çukariçki” – “Qəbələ” matçı 23:30-da, “Hafnarfyordur” – “İnter” oyunu isə gecə saat 00:15-də başlayacaq. Hər iki görüş iyulun 16-da keçiriləcək.