Türkiyə Super liqasının ilk turunda “Kayserispor” ilə qarşılaşacaq olan “Beşiktaş” ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlimatına görə, “qara qartal”ın 24 yaşlı yarımmüdafiəçisi Tolqay Arslan məşq zamanı əzələsini dartıb.
Həkimlər futbolçunun zədəsinin ciddi olduğunu bildirib. Arslan 6 ay yaşıl meydanlardan uzaq qalacaq.