10 Yanvar 2025
Kateqoriyasız

“Qəbələ”nin matçı Zelinkanın həmyerlisinə tapşırıldı, “İnter” üçün ukraynalılar – Hakim təyinatları

“Qəbələ” və “İnter”in keçirəcəyi Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşlərinə bütün təyinatlar açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ” – “Çukariçki” matçı çexiyalı hakimlər briqadasına həvalə olunub.

“İnter” – “Hafnarfyordur” qarşılaşmasında isə ədaləti uraynalı hakimlər qoruyacaq. 

23 iyul

Avropa Liqası, II təsnifat mərhələsi, cavab görüşü

21:00. “Qəbələ” (AZƏRBAYCAN) – “Çukariçki” (Serbiya)

Baş hakim: Radek Prjixoda

Yan xətt hakimləri: İvo Nadvornik, Yakub Qrabovski

Dördüncü hakim: Pavel Orel (hamısı Çexiya)

UEFA hakim-inspektoru: Andreas Şluxter (İsveçrə)

UEFA nümayəndəsi: Per Svard (İsveç)

21:00. “İnter” (Bakı, AZƏRBAYCA) – “Hafnarfyördur” (İslandiya)

Baş hakim: Yaroslav Kozık

Yan xətt hakimləri: Semyon Şlonçak, İqor Alyoxin

Dördüncü hakim: Sergey Boyko (hamısı Ukrayna)

UEFA hakim-inspektoru: Cerrard Perri (İrlandiya)

UEFA nümayəndəsi: Artur Qaydels (Litva)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43