29 Sentyabr 2024
Kateqoriyasız

“Neftçi”nin baş məşqçisi: “Çalışacağıq ki, komandaya gətirdiyimiz sistemi təkminləşdirək”

“Neftçi” PFK-nın baş məşqçisi Samir Əliyev klubun rəsmi saytına açıqlama verib. 

İdmanxeber.com-un məlumatına görə, gənc mütəxəssis komandanın Türkiyədəki təlim-məşq toplanışı barədə danışıb:

 “Çempionatın başlanmasına çox az vaxt qalıb. Buna görə də hazırda təlim-məşq toplanışı keçməyimiz çox yaxşı oldu. Bundan əlavə, futbolçuları üç yoxlama görüşündə sınayacağımız da xeyrimizədir. Güclü rəqiblərlə oyunlar zəif yerlərimizi görmək baxımından çox əhəmiyyətlidir. Çalışacağıq ki, komandaya gətirdiyimiz sistemi təkminləşdirək, eyni zamanda, səhvlər üzərində işləyək. Əlimizdən gələni edəcəyik ki, çempionata tam hazır vəziyyətdə çıxaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43