29 Sentyabr 2024
Kateqoriyasız

“Neftçi”nin rəqibi dəyişdi

Türkiyənin Afyon şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin hazırlıq planında dəyişikliklər olub. 
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda yoxlama oyununda əvvəlcədən nəzərdə tutulduğu kimi Yunanıstanın “Panionios” klubu ilə deyil, Türkiyə “Alanyaspor”u ilə qarşılaşacaq. 
Bundan əlavə, yoxlama görüşlərinin tarixi də dəyişdirilib.

23 iyul

“Neftçi” – “Alanyaspor” (Türkiyə)

28 iyul

“Neftçi” – “Əl-Faysali” (Səudiyyə Ərəbistanı)

31 iyul

“Neftçi” – “Antalyaspor” (Türkiyə)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43