30 Sentyabr 2024
Kateqoriyasız

Ramin Musayev: “Simurq” Azərbaycan futboluna rəng qatdı”

Bu gün Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünün püşkatma mərasimi keçirilib. Tədbirdə iştirak edən Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb:

İdmanxeber.com-un məlumatına görə, Musayev  bu fikirləri səsləndirib:

“Simurq” Azərbaycan futboluna rəng qatdı. Azarkeşləri də başa düşürəm. Biz PFL olaraq AFFA ilə birlikdə “Simurq”a öz imkanımız daxilində kömək etməyə çalışdıq. Daha sonra çempionatda iştirak üçün “Rəvan”a müraciət etdik. Təkcə onlara təklif göndərdik çünki bu komandanın maddi durumu yaxşıdı.  Çalışacağıq ki “Simurq” da  birinci divizionda çıxış etsin.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43