01 Oktyabr 2024
Kateqoriyasız

“Kayserispor”un baş məşqçisi “Xəzər Lənkəran”la matçı dəyərləndirdi

“Xəzər Lənkəran”la oyunda məğlubiyyətdən çətinliklə qaçan “Kayserispor”un baş məşqçisi Tolunay Kafkas matçla bağlı fikirlərini bildirib.

İdmanxeber.com-un məlumatına görə, türkiyəli mütəxəssis qarşılaşma ilə bağlı bunları deyib:

“Mənim üçün ilk hissə daha önəmli idi. Hazırlığa bir neçə həftədir ki, başlamışıq. Superliqaya kimi hazır vəziyyətə gəlməyə çalışacağıq. Komandamızın heyətini gücləndirməyə davam edəcəyik. Yaxın günlərdə iki futbolçu ilə müqavilə imzalanacaq. Bir neçə yeni oyunçu da komandaya cəlb olunacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43