İtaliyanın “Yuventus” klubu transfer etməkdə davam edir.
İdmanxeber.com-un məlumatına görə, “Qoca sinyora” “Portu”nun
müdafiəçisi Aleks Sandro ilə danışıqlar aparır. Braziliya millisinin
üzvü 2011-ci ildən Portuqaliya klubunda çıxış edir.
Qeyd edək ki, italyanlar cənubi amerikalının keçidi üçün 18
milyon avro xərcləməyə hazırdı.