Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu gün "Qarabağ"la qarşılaşacaq "Seltik" ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, komandanın mərkəz müdafiəçisi Çarli Malqryu zədə səbəbindən axşamkı görüşdə iştirak etməyəcək.
Təcrübəli müdfaiəçi "Renn"lə yoxlama matçında dizindən zədə alıb.
Qeyd edək ki, bu axşam keçiriləcək "Seltik" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq