“Əlincə”nin yetirməsi olan Turan Vəlizadə Türkiyənin “Fənərbağça” klubunun U-16 komandasının heyətində ilk məşqinə çıxıb.
Vəlizadə yeni klubu haqda ilkin təəsüratlarını bizimlə bölüşüb: “Dünən ilk məşqə çıxdım. Çox şükür hər şey qaydasındadı. Məşqçilərlə, futbolçularla yaxşı münasibətlərim var. U-19 və U-21 komandasındakı futbolçularla da yaxşı münasibətlərim yaranıb. Canla-başla məşq edirəm. Burada Azərbaycanı təmsil edirəm”.