UEFA Avropa Liqasının pley-ff mərhələsinə yüksələn “Qəbələ” bu mərhələnin ilk görüşündə Cavid Hüseynovun xidmətindən yararlana bilməyəcək.
İdmanxeber.com-un məlumatına görə, buna səbəb “Apollon”la (Kipr) üçüncü təsnifat mərhələsinin cavab görüşündə 3-cü sarı vərəqəni alaraq, cəzalı duruma düşməsidi.
Qeyd edək ki, Hüseynov bundan əvvəl birinci təsnifat mərhələsində “Dinamo” (Tiflis) ilə Qəbələdə keçirilən cavab görüşündə və ikinci təsnifat mərhələsində Serbiya “Çukariçki”si səfərdə oynanılan ilə ilk matçda sarı vərəqə alıb.