Azərbaycan UEFA-nıən əmsallar cədvəlində 28-ci pilləyə yüksəlib.
İdmanxeber.com-un məlumatına görə, Avropa Liqasının III təsnifat mərəhləsinin cavab görüşləri çərçivəsində “İnter” Bilbao “Atletik”inə məğlub olmamaqla 0.125, “Qəbələ” isə Kipr “Apollon”unu yenməklə 0.250 xal qazandırıb.
Nəticədə Azərbaycan 54 ölkənin yer aldığı siyahıda Sebriya və Slovakiya kimi ölkələri geridə qoymaqla 28-ci pilləyə yüksəlib.
Hazırda Azərbaycanı 27 və 26-cı yerlərdə qərarlaşan Bolqarıstan və Sloveniya kimi ölkələrdən 0.250 xal ayırır. Nəzərə alsaq ki, sözügedən ölkələrin heç bir komandası avrokuboklarda mübarizəni davam etdirmir, o zaman bu ölkələrə çatmaq üçün bir qələbə də bəs edər.