10 Yanvar 2025
Kateqoriyasız

Cavid Hüseynov öldürülən jurnalistdən danışdı: “Bizə düşmən lazım deyil”

“Qəbələ”nin kapitanı Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümünə münasibət bildirib.

İdmanxeber.com-un məlumatına görə, o, sosial şəbəkədəki səhifəsi vasitəsilə bunları qeyd edib:

“Allahdan jurnalist Rasim Əliyevə rəhmət diləyirəm. Ruhu şad olsun. Çoxları məni tənqid edir ki, onu sənin dostların öldürüb. Amma yox, bu, belə deyil. Heç kimə imkan vermərəm ki, mənə görə kimisə öldürsünlər. O jurnalistlə “facebook”da kipirli jurnalistlə olan məsələyə aydınlıq gətirmişik. Amma normal şəkildə. Sonra da mehribancasına sagollaşmışıq. İndi isə hamı az qalır mənə qatil adı versinlər. Nə oldu? Mən həmin Cavidəm də, bir neçə gün əvvəl dilinizdən düşməyən. Sizcə, bu cür hərəkət edərəm? Bir misal gətirmək istəyirəm. Araz Abdullayev maşını ilə adam vurdu, jurnalistlər ona qatil damğası vurdular. İndi isə günahım olmaya olmaya məni ləkələmək istəyirlər. Bizə düşmən lazım deyil, vallah. Adamın başının üstündə Allah var. Yazanda haqqına yazın. Çox təəssüflər olsun ki, haqqına yazan jurnalistlərimiz çox azdır”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43