Avroliqanın pley-off mərhələsi çərçivəsində hazırda keçirilən “Qəbələ” – “Panatinaikos” matçına maraq olduqca böyükdü.
İdmanxeber.com-un məlumatına görə, “Bakcell Arena”da keçirilən matçı Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də izləyir.
Qeyd edək ki, ilk hissədən sonra hesab açılmayıb – 0:0.