“Fənərbağça”da çıxış edən futbolçumuz Turan Vəlizadə ilk oyununu keçirib.
İdmanxeber.com-un məlumatına görə, Vəlizadə “Karaşehirspor”la keçirilən yoxlama görüşündə meydana çıxıb.
Oyunun sonuna 10 dəqiqə qalmış forma geyinmək şansı əldə edən “Əlincə”nin yetirməsi bu qısa müddət ərzində 3 dəfə rəqib qapısının torunu silkələyib. Futbolçumuzun sərgilədiyi gözəl oyun onu matçın ən yaxşısı edib.
Xatıradaq ki, Turan Vəlizadəni “Fənərbağça”dan əlavə “Qalatasaray” və “Beşiktaş” klubları da öz heyətlərinə qatmaq üçün “Əlincə”yə təklif göndərmişdilər.