“Əlimizə yaxşı şans düşüb. Bundan istifadə etməliyik. Rəqibin hücum xətti çox güclüdür. Fərdi ustalığa malik oyunçuları var. Çalışacağıq ki, bunun qarşsını alaq. Sabah hər birimizi maraqlı oyun gözləyir”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam klubunun çalışdırıcısı “Yanq Boyz”la cavab matçı öncəsi keçirilən mətbuat konfransında dnaışarkən daha sonra sözlərinə belə davam edib:
“Penaltilər seriyasında futbolçular sərbəst olmalıdır. Penaltilər loteraya kimidir. Oyuna 2-3 gün qalmış komandanı penaltilərə hazırlaşdırmıram. Bu, futbolçuların fikrini yayındıra bilər. Ancaq ay ərzində hər bir futbolçu ilə penalti üzərində çalışırıq”.
Təcrübəli mütəxəssis ot örtüyünün ideal vəziyyətdə olmamasına da toxunub:
“Ola bilər ki, sabah baxımlı oyun olmasın. Əvəzində mübarizə və sürətli futbol görə bilərik”.