“Hər kəsi təbrik edirəm. İki oyununn ikisində də qalib gəlmək daha xoş oldu. Rəqib qırmızı aldıqdan sonra işləri çətinləşdi. İki il ardıcıl qrupa düşdük. Minimum məqsədə nail olduq. Hesabda irəli idik, rəqib azlıqda idi və millinin oyunçularını çox yükləməmək üçün əvəzlədim. Digərləri sabahdan istirahət edəcəklər. Yığma oyunçuları isə sabahdan toplaşırlar”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam klubunun çalışdırıcısı daha sonra bunları deyib:
“7 ildir stress və məsuliyyət içindəyəm. Bilmirəm, eyni məsuliyyeti başqa klubdada işləsəm hiss edərdimmi? Xalqımızı, qaçqınlarımızı az da olsa sevindirə biliriksə, bundan gözəl hədiyyə ola bilməz”.
Qurbanov anasının daha çox həyəcanlandığını bildirib:
“Anam bəlkə məndən də çox həyəcanlı idi. Hələ zəngləşməmişik. Onu da öpürəm, təbrik edirəm”.
Sonda təcrübəli mütəxəssis yeni futbolçu axtarışında olduqlarını bildirib:
“Yeni transfer üçün axtarış davam edir”.