Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq.
İdmanxeber.com-un məlumatına görə, Fransanın Monako şəhərində keçiriləcək püşkatmada Azərbaycan ilk dəfə olaraq iki klubla təmsil olunacaq. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Hər iki klubumuz püşk zamanı 4-cü səbətdə yer alacaq. Bu isə o deməkdir ki, həm "Qarabağ"a, həm də "Qəbələ"yə qrup mərhələsində nisbətən güclü komandalar rəqib olacaq.
Qeyd edək ki, qrup mərhələsinin oyunları 17 sentyabr, 1-22 oktyabr, 5-26 noyabr və 10 dekabr tarixlərində keçiriləcək.
C qrupu: "Borussiya" (Dortmund), PAOK, "Krasnodar", "Qəbələ"
J qrupu: "Tottenhem", "Anderlext", "Monako", "Qarabağ"
A qrupu: "Ayaks", "Seltik", "Fənərbaxça", "Molde"
B qrupu: "Rubin", "Liverpul", "Bordo", "Sion"
C qrupu: "Borussiya" (Dortmund), PAOK, "Krasnodar", "Qəbələ"
D qrupu: "Napoli", "Brügge", "Legiya", "Mityuland"
E qrupu: "Vilyareal", "Viktoriya", "Rapid", "Dinamo" (Minsk)
F qrupu: "Marsel", "Braqa", "Slovan L.", "Qroningen"
G qrupu: "Dnepr", "Latsio", "Sent Etyen", "Rusenborq"
H qrupu: "Sportinq", "Beşiktaş", "Lokomotiv", "Skenderbeu"
İ qrupu: "Bazel", "Fiorentina", "Lex", "Belenenseş"
J qrupu: "Tottenhem", "Anderlext", "Monako", "Qarabağ"
K qrupu: "Şalke", APOEL, "Sparta", "Asteras"
L qrupu: "Atletik", "Alkmaar", "Auqsburq", "Partizan"