Ötən gün Avropa Liqasnın qrup mərhələsinin püşkü atılıb.
İdmanxeber.com-un məlumatına görə, püşkə əsasən Dortmund "Borussiya"sı ilə "Qəbələ" eyni qrupda mübarizə aparacaq.
Almanların heyətində erməni futbolçu Henrik Mxitaryanın olması bir sıra müzakirələrə səbəb olub. Onun Bakıya gəlib-gəlməməsi indidən maraqla gözlənilir.
Məsələylə bağlı UEFA prezidenti Mişel Platini heç bir problemin olmadığını bildirib. Qurumun baş katibi İnfantino isə suala bu cür cavab verib:
"Çalışacağıq ki, Mxitaryan "Qəbələ" ilə Azərbaycandakı oyunda oynasın".
Qeyd edək ki, "Qəbələ" – "Borussiya" qarşılaşması 22 oktyabrda baş tutacaq.