"Qəbələ"nin futbolçusu Aleksey Antonov Ukrayna mətbuatına açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, futbolçu yenidən ölkəsinə qayıda biləcəyini də istisna etməyib:
"Azərbaycanda gedişimdə baş məşqçi amili rol oynadı. Həmçinin "Qəbələ"də yaxşı tanıdığım bir neçə futbolçu var. Mənəvi olaraq mənim üçün Azərbaycana getmək asan oldu.
Mənim də ailəm var. Anlayıram ki, nə qədər ki, gücüm var oynamalı və pul toplamalıyam. Çünki bu gün futbol oynayıram, sabah nə olacağını bilmirəm. Ukraynaya qayıda bilərəm. Ancaq heç kəs zəmanət verə bilməz ki, Ukraynada hər şey sabit olacaq. Biz aydan-aya maaşımızı və mükafatımızı ala biləcəyik".
Qeyd edək ki, "Dnepr"in yetirməsi olan Antonov bu yay Qazaxıstanın "Aktobe" klubundan "Qəbələ"yə transfer olunub.