“Qəbələ”nin PAOK-dan transfer etdiyi Fakundo Abel Pereyra Avropa Liqasının qrup mərhələsində sabiq komandasına qarşı səfərdə oynamayacaq.
Bu barədə klubdan İdmanxeber.com-a məlumat verilib.
Bildirilir ki, argentinalı futbolçunun müqaviləsində belə bir şərt var ki, onun PAOK-a qarşı səfər matçında yox, Bakıdakı qarşılaşmada oynamaq hüququ var.
Qeyd edək ki, Pereyra “Qəbələ” ilə bir illik icarə müqaviləsi imzalayıb.