“Futbolçular yaxşı oynadılar, çalışdılar. Zarafat deyil, Xorvatiya Avropanın ikinci güclü komandasıdır. Mən deyərdim ki, Avropanın ən güclü futbolçuları oynayırdı və rəqiblə eyni gücdə, eyni səviyyədə mübarizə aparmaq yaxşı nəticədir. Bütün futbolsevərləri təbrik edirəm”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev “Avro-2016″nın seçmə mərhələsində millimizin Xorvatiya ilə qolsuz bərabərə qaldığı matçdan sonra deyib.
O, qarşılaşmadan sonra futbolçularla görüşdüyünü və onları təbrik etdiyini söyləyib:
“Onları təriflədim. Belə davam etsinlər! Futbolçulara söylədim ki, keçən dəfə həyatımda birinci dəfə ilk hissədən sonra stadionu tərk etdim, dözə bilmədim. Onlara dedim, elə etsinlər ki, bunun əvəzini çıxsınlar və bacardılar. Xorvatiya çox arxayın gəlmişdi”.