Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov İspaniyanın “Eybar” klubuna yeni rekordun müəyyənləşməsində pay sahibi olub.
İdmanxeber.com-un məlumatına görə, bu klub öz tarixi ərzində ilk dəfə yığma komandalara altı futbolçu göndərib.
“Eybar”ın tarixində indiyə qədər heç vaxt yığma komandalara bu qədər çox oyunçu getməmişdi. Onlardan biri də Azərbaycan millisinin yarımmüdafiəçisi İsrafilov olub.