24 Dekabr 2024
Premyer Liqa

Rasim Ramaldanov: “UEFA-dan cavab gözləyirik”

"Bizi "Qarabağ"la çətin səfər matçı gözləyir. "Qarabağ" ölkəmizin ən yaxşı komandalarındna biridi. Öncədən nəticə ilə bağlı nəisə demək düzgün olmaz. Çıxıb öz oyunumuzu oynayacağıq. Əgər tam heyətlə oynasaq maraqlı qarşılaşma görəcəksiz".

Bu sözləri İdmanxeber.com-a açıqlamasında "Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov deyib.

Premyer Liqanın 4-cü turunda səfərdə son çempion "Qarabağ"la qarşılaşacaq Lənkəran klubunun təcrübəli üzvü UEFA-dan cavab gözlədiklərini bildirib:

"Biz oyuna tam heyətlə çıxsaq maraqlı qarşılaşma olacaq. UEFA-nın qərarını gözləyirik".

Ramaldanov 3 oyunda 5 xal toplamalarını normal nəticə sayır:

"Məncə pis nəticə qazanmamışıq. Biz bu 5 xalı ötənilki gənc heyətimizlə qazanmışıq. Bunu unutmaq lazım deyil".

Qeyd edək ki, "Qarabağ" – "Xəzər Lənkəran" matçı sentyabrın 12-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43