23 Dekabr 2024
Kateqoriyasız

“Neftçi İdman Klubu”nun üzvü Azərbaycan sərbəst güləş tarixinə düşdü

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatı davam edir. İdmanxeber.com-un məlumatına görə, sərbəst güləş yarışında 61 kq çəkidə mübarizə aparan “Neftçi İdman Klubu”nun üzvü, ötənilki dünya və Avropa çempionumuz Hacı Əliyev bu dəfə də finala qədər maneəsiz irəliləyib.

Moldovadan Andrey Perpelita, Yaponiyadan Masakazu Kamoi, yarımfinalda isə bolqar Vladimir Dubov güləşçimiz qarşısında tab gətirməyib. Finalda Hacı Əliyevin rəqibi Monqolustandan Nomin Batbold olub. Rəqibinə vaxtından əvvəl qalib gələn pəhləvan,  ikinci dəfə qızıl medal yiyələnib və Azərbaycan sərbəst güləş tarixində ilk 2-qat dünya çempionu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43