03 Yanvar 2025
Kateqoriyasız

Sarkisyanı Bakıda məyus etdilər

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/32 mərhələsinin ilk görüşləri keçirilib.

İdmanxeber.com-un məlumatına görə, paytaxtımıza gələn 4 erməni şahmatçısından üçü mübarizəni davam etdirir. Bu gün onlar qalib gələ bilməyiblər. Levon Aronyan qara fiqurlar ilə ukraynalı Aleksandr Areşenko ilə heç-heçə oynayıb.

Eyni nəticə digər erməni şahmatmısı Nabriel Sarkisyan (ağ fiqurlar) ilə fransalı Maksim Vaşye-Lyaqrava arasında qeydə alınıb. Qrant Melkumyan (qara fiqurlar) isə kubalı Lenyer Dominqezə məğlub olub.

Xatırladaq ki, daha bir erməni şahmatçısı Samvel Ter-Saakyan 1/64 mərhələsində mübarizəni dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43