23 Dekabr 2024
Kateqoriyasız

Qriqorçuk: “Rəqib haqda demək olar, hər şeyi bilirik”

Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk sabah keçiriləcək PAOK-la oyun öncəsi mətbuat konfransı keçirəcək.

İdmanxeber.com həmin müsahibəni təqdim edir:

– Pley-off-dakı “Qəbələ” ilə indiki “Qəbələ”arasında nə fərq var?

-Xeyr,fərq yoxdur. Pley-off-da qrupa düşmək üçün mübarizə aparırdıq, indi isə hər oyunda qalib gəlib qrupdan çıxmaq istəyirik.

– Heyətdə problemlər var?

– Rafael Santosdan başqa itki yoxdur.

– Yeni transferlər oyuna hazırdı?

– Tam, olmasa da demək olarki hazırdılar. Onların sabah oyuna çıxacaqlarını istisna etmirəm.

– Rəqib haqqında fikirləriniz necədir? Rəqibi analiz etmisiz?

– Rəqibi haqda demək olar hər şeyi bilirik. Bu komandada baş məşqçi yenidir. Ona görə də rəqibdən yeniliklər gözləyirik. Buna baxmayaraq biz oyuna tam hazırıq, öz oyunumuzu göstərəcəyik.

– Avroliqada iki komandamız mübarizə aparır. İlk oyuna görə kimin bəxti gətirib?

-İlk oyunu kimlə oynamağımızın önəminyoxdu. Üç rəqibimiz var qrupda. “Borusiya”, “Totenhem” kimi komanda Azərbaycana gələcək. Bu ölkəniz üçün futbol bayramıdı. İlk oyunu kimlə oynamağımız o qədər də vacib deyil.

Ruslan Abışovu yayda komandadan göndərib yenidən niyə geri qaytardınız?

-İki cəbhədə mübarizə aparan komandanın heyətin 4 mərkəz müdafiəçisi olmalıdı. “Panatinaikos”la oyunda Rafa yox idi və bu bizə çox çətinlik yaraddırdı. Ruslan Abışovun da gəlişi bununla bağlıdı.

-Ruslan Abışov Qriqorçuk öz həmyerlisinin əvəzinə məni oynatmaz demişdi…

-Bu barədə danışığımız olmayıb. Sabah biz PAOK-la oynayırıq və Abışovla bağlı sual verilir. Bu qeyri-profissianallıqdı, mövzuya aidiyyatı yoxdu. Sabahkı oyunda Ruslan Abışov olmayacaq. Ruslan yaxşı futbolçudu, onun belə bir fikir səsləndirməsinə inanmıram.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43