“Bu il ikinci ildir qrup merhelessinde çıxış edirik. Məşqçi kimi belə qrupda mübarizə aparmaq mənimçün çox vacibdir təcrübə baxımından”
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçiis Qurban Qurbanov Avroliqanın qrup mərhələsinin ilk turu çərçivəsində sabah keçiriləcək “Tottenhem”lə matçdan öncə deyib:
Təcrübəli mütəxəssis nitqinə belə davam edib:
“Sabahkı oyunla bağlı çox danışmağa ehtiyac yoxdur. Rəqibin gücünü bilirik. Çox ciddi ve həvəsli hazırlıq keçmişik. Mən öz oyunçularıma inanıram. “Tottenhem”in baş məşqçisi İspaniyada çalışmış argentinalıdır. Bu isə o deməkdir ki, o, komandasına ingilis futbolu ilə yanaşı bu ölkələrin futbol fəlsəfəsini aşılayıb. Müdafiədə ingilis, hücumda isə ispan futbol ənənəsini görə bilərik. Çətinliyimiz ola bilər. Hava şəraiti rəqibin istədiyi kimidi və bu cür yağmurlu hava bizə çətinlik yarada bilər. Ancaq sabah havanın necə olacağını bilmək olmaz. Rəqib çalışdırıcının haqqımızda dediyi xoş sözlər onların hörməti və oyuna ciddi hazırlaşdığını göstərir. Biz də hər zaman rəqiblərimizə bu cür yanaşmışıq.
Mətbuat konfransında iştirak edən “Qarabağ”ın futbolçusu Riçard Almeyda da fikirlərini bölüşün:
“Burda olmaqdan məmnunuq. Ümid edirəm, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik”