30 Dekabr 2024
Kateqoriyasız

“Layiqli mübarizə apardıq” – Aleksey Qay

“Qəbələ” klubunun futbolçusu Aleksey Qay Avropa Liqasının qrup mərhələsinin ilk turunda evdə PAOK-la 0:0 bərabərə qaldıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

– Qrupun ilk matçında PAOK-la bərabərə qaldınız. Oyunla bağlı fikirlərini öyrənək…

– İlk dəfə idi qrup mərhələsində oynayırdıq. Komanda olaraq layiqli mübarizə apardıq. Qalib də gələ bilərdik. Ancaq düşünürəm ki, azarkeşlərimiz oyunumuzdan razı qaldı.

– Səncə, qələbə qazanmaq üçün nə çatmadı?

– İlk hissədə oyunumuz alınmadı. Emosiyalarımıza sahib çıxa bilmirdik. Ancaq ikinci hissədə daha yaxşı oynadıq və qollar vurmaq üçün şanslarımız oldu. Təəssüf ki, yararlana bilmədik.

– “Qəbələ”nin iki xal itirdiyini söyləmək olar?

– Məlum məsələdir ki, qol vurmaq üçün şanslarımız oldu. Lakin qalib gəlmədiyimiz üçün üzülməyə dəyməz. Əksinə optimist olmalı və növbəti oyunlarımıza hazırlaşmalıyıq.

– “Qəbələ”nin Premyer Liqa və Avropa Liqasında fərqli heyətlə çıxış etməsi komandanın oyununa mənfi təsir göstərmir ki?

– Xeyr, bunun komandaya mənfi təsir etdiyini düşünmürəm. Əksinə yaxşı və geniş heyətə malik olmağımız futbolçuları daha böyük yüklənmədən xilas edir.

– Yeni komanda yoldaşın Derlis Meza Kolli ilə meydanda anlaşmağın necə alındı?

– Derlis yaxşı futbolçudur. O, meydanda nəyi necə etmək lazım olduğunu yaxşı bilir. Digər oyunçular kimi o da komandaya kömək etmək üçün gəlib.

– Hücumları məntiqi sonluqla başa çatdıra bilmirdiniz. Bu, nə ilə bağlıdır?

– Hücumda bir qədər soyuqqanlı və sakit oynamaq lazımdır. Görünür bunun üzərində daha çox çalışmalıyıq. Əgər belə etsək, hər şey yaxşı olacaq. (Qol.Az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43