22 Dekabr 2024
Müsahibə

Rəşad Sadiqov: “Çempionluq yolunda ağır zərbə olacaqdı” (MÜSAHİBƏ)

"Qəbələ"nin futbolçusu Rəşad Sadiqov "Sumqayıt"la oyundan (1:0) sonra İdmanxeber.com-un suallarını cavablandırıb.

– Oyunla bağlı nə deyərdin?

Doğurdan da çətin oyun alındı. Qol imkanlarımız oldu. Bundan vaxtında yararlana bilmədik. Açığı yorğunluq da var idi. Lakin əsas olan 3 xal idi, onu da qazandıq.

– 90 dəqiqə ərzində qol vura bilmədibiz. Artırma dəqiqələrində qələbə qazanacağınızı gözləyirdinizmi?

Açığı, əgər qalib gələ bilməsək pis olacağdıq. Çünki çempionluq uğurunda oyunlarda nə qədər az xal itirsək, bir o qədər yaxşıdı. UEFA-nın oyunları ərəfəsində maksimum xallar toplamağa çalışırıq.

– "Qarabağ" Gəncədə 3 xal qazanaraq liderliyini möhkəmlətməsinin ardından sizin "Sumqayıt"la oyunda daha aqressiv oynayacağınızı düşünmək olardı. Lakin bu heç də belə olmadı. Səbəb nə idi? 

Komanda da yorğunluq var. İstər-istəməz bu da özünü biruzə verir. Bu da olmalıdır… Həm UEFA, həm çempionat matçlarında 3-4 gündən bir oynayırıq. Lakin bu bəhanə olmamalıdı. Biz "Sumqayıt"a qarşı yaşxı çıxış etdik. Qol imkanlarımız da az olmadı. Sadəcə istifadə edə bilmədik. "Sumqayıt" da yaxşı müdafiə olunurdu. 

– Penalti epizoduna kimi hakim "Sumqayıt"ı erkən cəzalandıra bilərdi. İkinci hissədə bir epizodda top qonaqların futbolçusunun əlinə dəydi və buna etiraz etdiniz. Əgər sonuncu dəqiqələrdə bu penalti olmasaydı, həmin verilməyən penaltiyə görə hakimin sizin 2 xalınızı əlinizdən aldığını düşünmək olardımı?

Düzdü, mən həmin epizodu tam görmədim. Əgər qalib gələ bilməsəydik bu bizə çempionluq yolunda ağır zərbə olacaqdı. Əsas odur ki, sol dəqiqələrə təmiz penaltimizi verdi və 3 xalı əldə etdik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43