23 Dekabr 2024
Ölkə futbolu

“Böyük oyun”da penalti dəf etdi, Kamran Ağayev və Kramarenkonu geridə qoydu

Son matçda penaltini dəf edən Orxan Sadıqlı “Xəzər Lənkəran”da yeni rekord müəyyənləşdirib.

İdmanxeber.com-un məlumatına görə, qapısına təyin olunan 14 belə zərbədən 11-ni buraxan qolkiper 3 dəfə penaltini zərəsizləşdirən ilk qapıçı olub.

Xatırladaq ki, “Xəzər Lənkəran”ın keçmiş qolkiperləri Kamran Ağayev və Dmitri Kramarenkonun hərəsinin hesabında 2 buraxılmayan penalti var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43