AFFA İntizam Komitəsinin iclası keçirilib.
İdmanxeber.com-un məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:
Topaz Premyer Liqasının V turunun “Zirə” – “Rəvan” matçının 82-ci dəqiqəsində “Zirə” klubunun 2 №-li futbolçusu Mbah Çimezi ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının V turunun “Neftçi” – “Xəzər Lənkəran” matçının 56-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 27 №-li futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin V turunun “Zirə” – “Rəvan” matçında oyunöncəsi iclasda “Zirə” klubunun nümayəndəsi iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunur (maddə 65).
“Zirə” klubu yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. (maddə 31) , (maddə 97).
Əvəzedici heyətlərin V turunun “Neftçi” – “Xəzər Lənkəran” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
I Divizionun II turunun “Zaqatala” – “Şəmkir” matçında “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
I Divizionun II turunun “Bakılı” – “Energetik” matçının 59-cu dəqiqəsində “Energetik” klubunun 2 №-li futbolçusu Elvin Əlizadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).