Türkiyə kubokunun 2-ci turu çərçivəsində millimizin qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu “Karşıyaka” səfərdə “Kurtalanspor”la qarşılaşacaq.
İdmanxeber.com-un məlumatına görə, aşağı liqa komandası ilə oyun üçün Diyarbakıra aparılan heyətdə Kamran Ağayev yer almayıb.
İkinci heyətlə səfərə yollanan “Karşıyaka”nın çalışdıcısı Cüneyt Dumlupınar Ağayevə ehtiyac duymayıb.
Qeyd edək ki, “Kurtalanspor” – “Karşıyaka” matçı sabah Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.