23 Dekabr 2024
Müsahibə

Ruslan Abışov etiraf etdi: “Bu qrupdan “Borussiya” ilə “Krasnodar” çıxacaq” (MÜSAHİBƏ)

“Qəbələ”nin futbolçusu Ruslan Abışovun İdmanxeber.com saytına müsahibəsi.

– “Sumqayıt”la oyun haqda danışardın…

Bilirdik ki, çətin olacaq. Çünki artıq zəif rəqib deyə bir şey yoxdu. Bütün oyunlar çətin keçir. Bu oyunda da çətin oldu bizim üçün. Əsas olan 3 xal idi, son anda da olsun qazandıq. Bu oyunu unudub qarşıdakı matçlara köklənməliyik.

– Çətin qələbə qazanmağınıza nə səbəb oldu: Yorğunluq, yoxsa rəqibin güclü oyunu?

Erkən qol vursaydıq oyun tam başqa olacaqdı. “Sumqayıt” kimi komandalar gec qol buraxdıqca özlərinə inamları artır və daha da həvəsli oynayırlar. Belə komandalara qarşı oyunlarda erkən qol vurmaq vacibdi.

– Uzun müddətdi ki, rəsmi matçlarda meydana çıxmırdın. Qriqorçuk bu dəfə sənə şans verdi. Çətin olmadı?

Təbii ki, oyun praktikasının azlıqı hiss olunur. 3 aydır rəsmi matçlarda meydana çıxmıram. Özümdə hiss edirdim bunu… Zamanla hər şey qaydasına düşəcək.

– “Qəbələ”də sən oynayan mövqedə güclü mübarizə var. Abışov bu mübarizədən qalib ayrılıb, Qriqorçukun etimadını doğrulda bilər?

Mənim üçün heç bir problem yoxdui. Peşəkar futbolçu kimi rəqabətə hazıram. Kim yaxşı oynayacaqsa, kim özünü yaxşı tərəfdən göstərəcəksə o da meydana çıxacaq. 

– Avropa Liqasının qrup mərhələsinin II turunda “Krasnodar”la qarşılaşacaqsız. Azarkeşlər Krasnodar səfərində “Qəbələ”dən nə gözləsin?

Çətin bir səfər olacaq. Mən Rusiyada çıxış etmişəm və bu komandanın nəyə qadir olduğunu bilirəm. Hər zaman Rusiyada ilk “altılıq”da qərarlaşan komanda olub. Əgər rəqibi yaxşı təhlıil edib, oyuna yaxşı hazırlaşsaq ən azı heç-heçə ilə qayıtmaq olar. Yenə deyirəm “Qəbələ” çətin qrupdadı. Maksimum dərəcədə çox xal yığmaq istəyirik. Buna görə də, “Krasnodar”la oyunda da ən azı 1 xala ümid edirik. 

– Tam səmimi: Komanda bu qrupdan çıxa bilər?

Çətin qrupdu. Ən azı 3-cü yer “Qəbələ” üçün yaxşı nəticə sayıla bilər. Əlbəttə ki, “Borussiya” ilə “Krasnodar” ilk iki yerdən birini tutacaqlar. Biz 3-cü olsaq bu yaxşı nəticə olar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43