Azərbaycan Premyer Liqasının VI turunun mərkəzi görüşü – “Qarabağ” – “Neftçi” matçında qonaqların qapısına haqsız yerə penalti göstərən baş hakim Fariz Yusifov cəzalandırılacaq.
İdmanxeber.com-un məlumatına görə, “Neftçi” rəsmilərinin AFFA, PFL və Hakimlər Komitəsinə oyundna dərhal sonra şikayət etmələri Yusifovun cəzalandırılmasına səbəb olub. “Azersun Arena”da keçirilən matçın son dəqiqələrində “Qarabağ”ın lehinə penalti verməklə, “Neftçi”ni qələbədən edən Yusifovun qarşıdakı bir neçə turda təyinat almayacağı dəqiqdi.
Sonda onu da qeyd edək ki, “Neftçi” tərəfi bundan sonra oyunlarına Fariz Yusifovun təyinatını istəmədiyini də bildirib.