“Neftçi”nin sabiq futbolçusu Nikolas Kanalesin yeni klubu rəsmən bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, çilili forvard karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək. O, “Krılya Sovetov”la müqavilə imzalayıb.
Kanales yeni klubunda “32” nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, N.Kanales bu yay “Neftçi”dən ayrılıb.