Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunlarına start veriləcək.
Korner.az-ın məlumatına görə, turnirdəki təmsilçilərimiz “Qarabağ” "ev"də və “Qəbələ” isə səfərdə meydana çıxacaq.
"Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda Belçikanın “Anderlext” klubunu qəbul edəcək. "Qəbələ" isə Rusiyanın Krasnodar şəhərində eyniadlı komandanın qonağı olacaq.
UEFA Avropa Liqasının qrup mərhələsinin II turu
C qrupu
00:05. “Krasnodar” (Rusiya) – “Qəbələ” (Azərbaycan) 2:1
Baş hakim: Marçin Borski (Bosniya və Herseqovina)
Krasnodar. “Kuban” stadionu