Çempionlar Liqasının qrup mərhələsində “Malmö” ilə oyun (2:0) “Real”ın futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.
İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı futbolçu İsveçdə baş tutan görüşdə dubl edib.
Bu, Ronaldonun Çempionlar Liqasında 22-ci dublu olub. 30 yaşlı futbolçu bu göstəricidə “Barselona”nın hücumçusu Lionel Messini (21) geridə qoyub. İlk üçlüyü 14 dublla “Real”ın canlı əfsanəsi Raul Qonzales tamamlayır.