AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının VII turunda keçirilən “Kəpəz” – “Sumqayıt” oyununda qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Slavik Alxasovu cəzalandırıb.
İdmanxeber.com-un məlumatına görə, futbolçu 1 oyunluq cəzalandırılıb və komandası 200 manat cərimələnib.
Həmçinin “Zirə” – “Neftçi” matçının 47-ci dəqiqəsində qonaqların futbolçusu Fəhmin Muradbəyli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub isə 2000 manat cərimələnib.
Bundan başqa AZAL – “Rəvan” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.