Gənclər arasında Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Avstriya ilə qarşılaşacaq 21 yaşlılardan ibarət milli komandamızın oyununun hakimləri bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, Avstriya – Azərbaycan matçını islandiyalı hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Qunyar Yarl Yonsson olacaq. Ona yan xətt hakimləri Qunyar Qunyarson və Birkir Siqyurdarson kömək edəcəklər. Oyunun 4-cü hakimi isə Torvaldur Arnason olacaq. Qeyd edək ki, sözügedən görüş 9 oktyabrda Bakı vaxtı ilə saat 20:30-da keçiriləcək.