Milli komandamızın yarımmüdafiəçisi Rəşad Sadiqov Bolqarıstanla matçdan öncə İdmanxeber.com-a müsahibə verib:
– Bolqarıstan matçı barədə hansı fikirdəsən?
– Çətin oyun olacağı aydındı. Amma biz də çalışacağıq ki, Sofiyadan üç xalla vətənə dönək.
– Səncə üç xal üçün nə etmək lazımdı bolqar qarşısında?
– Əsas diqqətli və soyuqqanlı oynamaqdı. Hücumlarımızda sonluq olsa, uğurlu nəticə ola bilər.
– Bolqarlar bizimlə matçda əsasən gənc oyunçulara üstünlük verəcəyini açıqlayıb…
– Bolqarıstan zəif komanda deyil. Kimin oynamasının bir o qədər önəmi yoxdu. Hamısı millidə çıxış edir. Onlar da özlərini sübut etməyə çalışacaq.
– İtaliyaya məğlubiyyətimizə necə şərh verərdin?
– İtaliyanın adı elə hər şeyə sübutdu, bəsdi. İlk yarıda heç də pis oynamadıq. Ancaq ikinci yarıda bir az istər-istəməz yorğunçuluq oldu. İtalya millisi təzyiqi artırdı. Bunun da nəticəsində qollarını vurdular. Amma buna baxmayaraq heç də pis oyun oynamadıq. Nəticədə İtaliya kimi milliyə qarşı çıxış edirdik.
– Sanki millimiz İtaliya üstünə getməyə çəkinirdi…
– Çəkinmirdik, əsla. Sadəcə elə-belə, başsız düşünmədən hücuma getmək istəmirdik. Getmək də olmurdu hhücuma. Çünki rəqib İtaliya idi, hər an əks-hücumda tuta bilərdilər bizi. Onların əks-hücumu isə çox təhlükəli idi. Fikir verdizsə, bir ara özləri imkanv erdi ki, bir ara hücuma atılaq, topla çıxaq meydanımızdan.Sonra da bizi əks-hücumda tutmaq istəyirdilər. Onların taktikası bu idi. Ancaq biz onlardan çəkinmirdik.
– Yəqin ki, razı olarsan 90 dəqiqə ərzində bir dənə məntiqli hücumumuz olmadı..
– Razı deyiləm bu fikirlə. Qarşımızdakı rəqib Lixtenşteyn millisi deyildi, İtaliya idi. Epizodlarımız oldu, qol imkanlarımız var idi. Sadəcə tam yararlana bilmədik. Amma bu o demək deyil ki, məntsiqsiz oynadıq.