Azərbaycan milli komandsının futbolçusu Rahid Əmirquliyev İdmanxeber.com saytının suallarını cavablandırıb.
– Rahid, İtaliya ilə oyunda xal qazanmağımıza nə çatmadı?
İtaliya ilə oyun çox çətin keçdi. Rəqib güclü komandadı. Onlar bəlkə də bu tskilin ən yaxşı oyununu sərgilədilər. Biz doğma publika qarşısında istəyirdik ki, layiqli oyun göstərək, xal qazanaq. Təəssüf ki, alınmadı.
– Oyundan sonra Prosineçki sizə nə dedi?
Prosineçki bizdən razı qaldığını dedi. Düzdü səhvlərimiz az olmadı. Həmin səhvlərimizi analiz edib bir də təkrarlamamağa çalışacağıq.
– Tskilin son oyunu öncəsi millimiz 6 xal toplayıb. Ümumilikdə bitməkdə olan seçmə mərhələni necə dəyərləndirərdin?
Biz pis başlamışdıq. Ardıcıl 4 məğlubiyyət… Lakin Prosineçki gələndən sonra 4 oyun idi uduzmurduq. Bu tskili pis başlasaq da çalışacağıq ki, sonuncu matçda qalib gələk. Bolqarıstanla oyunda qələbə qazanmaqla həm tskili ən yaxşı şəkildə bitirmək istəyirik, həm də xallarımızı artırmaq niyyətindəyik.
– Prosineçkinin rəhbərliyi altında komanda 6 xal toplayıb. 5 oyunun yalnız birində məğlub olmusuz. Necə düşünürsən, Prosineçki tsikilin əvvəlində millinin sükanı araxasında olsaydı nəticələr fərqli olardımı?
Prosineçki gələndən sonra millimizin yaxşı nəticələrindən başqa oyun stilimiz də dəyişib. İndi bizim milli daha yaxşı oynayır, çox hücuma meyl göstərir, topa nəzarət bizdə olur. Ancaq kimsə deyə bilməz ki, Prosineçki tskilin əvvəlində millinin başında olsaydı nəticələr fərqli olardı. Ancaq ümid edirəm ki, gələn tsikildə biz daha yaxşı nəticələr qazanacağıq.
– Son matç Bolqarıstandı. Sofiyada nəyə ümid edək?
Sofiyada bizi ağır oyun gözləyir. Onlar da tsikili qələbə ilə başa vurmaq istəyirlər. Ancq biz bura elə-belə gəlməmişik. Yaxşı oyun və qələbə arxasınca gəlmişik. Allahın köməkliyi ilə qələbə ilə azarkeşlərimizi sevindirəcəyik.
– Sofiyada da Bakıdakı kimi hava yağmurludu. Bu sizin oyuna hər hansı bir təsir göstərəcəkmi?
Meydanın ot örtüyü, hava və s. bizim kimi Bolqarıstan da bu meydanda oynayacaq. Hər iki komanda üçün vəziyyət eynidi. Biz yağışlı havaya öyrəşmişik. Düşünürəm ki, bu bizim oyuna hər hansı bir təsir göstərməz.
Səxavət Qurbanov // Bolqarıstan, Sofiya