Türkiyəli baş məşqçi Tayfun Gürsel 63 yaşında dünyasını dəyişib.
İdmanxeber.com-un məlumatına görə, “Qarabağ” və “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısının meyiti Türkiyənin Antalya vilayətinin Demre qəsəbəsindəki evinin hamamından tapılıb. Tayfunun ölümünə infarktın səbəb olduğu açıqlanıb.
Qeyd edək ki, Tayfun Gürsel Rasim Karanın baş məşqçi olduğu vaxt “Xəzər Lənkəran”la “Qarabağ”da çalışıb. O, 25 ildir həyat yoldaşından ayrı qalırdı.