Dünyanın məşhur bukmeker kontorları Avropa Liqasının qrup mərhələsinin III turunun oyunları üçün əmsalları açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, oktyabrın 22-də Bakıda “Borussiya”nı qonaq edəcək “Qəbələ”nin bu matçda qalib gəlməsinə 11.50 əmsal verilib. Qarşılaşmanın heç-heçəsi 6.00, Dortmund klubunun qələbəsinə isə 1.22 verilib.
Fransada “Monako”nun qonağı olacaq “Qarabağ”ın da səfərdən qalib ayrılması inandırıcı görünmür. Hər halda bu matç üçün açıqlanan əmsallarda Ağdam klubunun qələbəsi 8.00 kimi dəyərləndirilib. Matçın heç-heçəsinə 4.33, “Monako”nun qələbəsinə isə 1.40 əmsal verilib.