22 Dekabr 2024
Kateqoriyasız

Qriqorçuk “Borussiya” ilə oyundan danışdı: “Həmin gün bizim günümüz olmalıdır”

“Bu gün biz klub olaraq çox böyük iş görürük. Bütün bunların hamısı azarkeşlər üçündür. Biz futbolu da onlar üçün oynayırıq. Qarşıda “Qəbələ”ni ağır oyun gözləyir.  Fürsətdən istifadə edərək, azarkeşləri “Borussiya” ilə oyuna dəvət edirəm. Gözəl matç olacağını düşünürəm. Əlimizdən gələni edib yaxşı oyun sərgiləməyə çalışacağıq. Əsas odur ki, azarkeşlər razı qalsınlar”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis Dortmund “Borussiya”sı ilə oyun öncəsi yerli medianın suallarını cavablandırarkən almanlarla oyunda necə xal qazanmağın yollarını da deyib:

“Bunun üçün kompleks işlər görülməlidir. İlk növbədə, uğura inanmalı və meydana da bu inamla çıxmalıyıq. Ən əsası isə həmin gün bizim günümüz olmalıdır. İstədiklərimizi həyata keçirtməyi bacarmalıyıq. Yəni “Borussiya” ilə oyunda əlimizdən gələnlərdən daha artığını etməliyik. Çünki belə matçlara bir istiqamətdə yanaşmaqla qalib gələ bimərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43