“Qəbələ” Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Pyer Emerik Obameyanq “Qəbələ” ilə Avropa Liqasının III tur matçında 3 qol vurduğu topu özü ilə aparıb.
İdmanxeber.com-un məlumatına görtə, qabonlu hücumçu həmin topla görüntüsünü “twitter” hesabından paylaşıb.
O, fotonun altında “Mənim suvenirim” yazıb.
Qeyd edək ki, oyun “Borussiya”nın qələbəsi ilə yekunlaşıb – 3:1. (Report)