Dünyanın məşhur bukmeker kontorları Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunları üçün əmsalları açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, təmsilçilərimiz “Qarabağ” və “Qəbələ”nin də oyunları üçün əmsallar müəyyənləşib.
Noyabrın 5-də baş tutacaq oyunlarda “Qarabağ” və “Qəbələ”yə yenə güvənməyiblər. Belə ki, həmin gün öz meydanında “Monako”nu qonaq edəcək “Qarabağ”ın qələbə əmsalı 3.30, fransızların Bakıdan 3 xalla dönəcəyi 2.10 kimi dəyərləndirilib. Matçın ümumi heç-heçəsi üçün 3.30 əmsal verilib.
Həmin gün Almaniyada “Borussiya”nın qonağı olacaq “Qəbələ”nin Dortmund qələbəsi üçün 34.00 əmsal açılıb. Almanların qələbəsinə 1.05, matçın heç-heçəsinə isə 10.00 əmsal verilib.
Xatırladaq ki, ilk təsnifatdan bu yana bukmekerlər “Qəbələ” üçün belə bir böyük əmsal açıblar.
Qeyd edək ki, “Qarabağ” – “Monako” matçı saat 20:00-da, “Borussiya” – “Qəbələ” oyunu saat 22:00-da başlayacaq.