Mövsümə uğursuz start götürən “Rəvan” heyətini güclənib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi dəyişikliyindən sonra paytaxt klubu Saşa Yunioğlu ilə anlaşıb.
Bəhmən Həsənovu komandanın “sükanı arxası”na gətirən rəhbərlik Yunisoğlu ilə danışıqları yekunlaşdırıb və təcrübəli müdafiəçi yeni klubu ilə 1 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, karyerası ərzində “Poloniya”, “Dənizlispor”, “Bakı”, “Qəbələ”, “Neftçi” kimi klubların, eləcə də Azərbaycan yığmasının formasını geyinmiş Saşa Yunisoğlu uzun müddət idi ki, klubsuz idi.