Gəncə səfərindən məğlubiyyətlə dönən “Xəzər Lənkəran” istirahətini yekunlaşdıraraq yenidən toplanır.
İdmanxeber.com-un məlumatına görə, bu gün komanda bir araya gələrək hazırlıqlara başlayacaq. İki gün ərzində məşq edəcək komanda oktyabr ayının 28-də Premyer Liqanın X turu çərçivəsində “Sumqayıt”ı qəbul edəcək. “Gənclik şəhəri”nin təmsilçisi ilə “Fırtınalar meydanı”nda keçiriləcək görüşlə “Xəzər Lənkəran” Premyer Liqanın II dövrəsinə start vermiş olacaq.
12cioyuncu.info